17 
May
2023
09:32
249

Belçika ukraynalı pilotlara F-16 döyüş təyyarələri ilə bağlı təlim keçməyi planlaşdırır

Belçika ukraynalı pilotlara Amerikanın F-16 döyüş təyyarələri ilə bağlı təlim keçməyə hazır olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, Ukrayna prezidenti Zelenski Belçika və Hollandiyanın baş nazirləri Aleksandr de Kro və Mark Rutte ilə görüşlərdə F-16 təyyarələri məsələsini müzakirə edib.

“Ayın əvvəlində Haaqada keçirilən sammitdə baş nazir Vladimir Zelenski ilə görüşdə F-16-lar məsələsi müzakirə olunub. Dedik ki, qırıcı təyyarələri çatdıra bilmərik, lakin pilotları öyrədə bilərik”, - Belçika nəşri Baş nazir ofisinin yaydığı bəyanatdan sitat gətirib.

Məlumatı Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib.

Andrey Yermak sosial şəbəkədə yazıb: "Bizə döyüş təyyarələri lazımdır və müttəfiqlərə bu istiqamətdə gördükləri işlərə görə təşəkkür edirik. Xüsusilə, Belçika da pilotların hazırlanmasına hazır olduğunu təsdiqləyib".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər