Gürcüstanda yeni kartofun qiyməti rekord səviyyədə düşüb
Gürcüstanda yeni kartof mövsümünün kifayət qədər yüksək qiymətlə başlamasına baxmayaraq, EastFruit-in mayın 19-da keçirdiyi sorğuya əsasən, məhsulun hazırda kifayət qədər ucuz olduğu müəyyən edilib.
InterPress.ge xəbər verir ki, bazara təzə kartof mart ayında çıxıb və 1 kiloqramının orta qiyməti 10 lari olub.
Aprel ayından qiymətlər aşağı düşüb. Səbəbləri iki hissəyə bölmək olar:
Keçən il kartof idxalı şəklində böyük həcmli alternativ;
Bazara çoxlu miqdarda yeni kartofun daxil olması.
Köhnə kartof satıcıları məhsullarını tez satmaq istəyir, təzə kartof isə bazarda üstünlük təşkil etməyə başlayır.
Mayın 19-da aparılan sorğunun nəticələrinə görə, təzə kartofun orta topdansatış qiyməti 1,30 lari olduğu halda, ötənilki kartof 1,70 lariyə satılıb.
Qiymətlərə gəlincə, bu, məhsul yığımına sentyabr ayından başlanan Samtsxe-Cavaxetiyada ehtiyatdan və məhsulun gözlənilməsindən asılıdır. Təklifdə ciddi dəyişiklik olmasa, sentyabrdan sonra da bu qiymətlər saxlanılacaq.