İrakli Kobaxidze müxalifətə: "İkinci yer uğrunda mübarizə aparırlar"
“Hesab edirəm ki, bu partiyaların da hər cür oriyentasiyaları qarışıqdır, ilk növbədə, təbii ki, mən siyasi nöqteyi-nəzərdən danışıram”.
InterPress.ge xəbər verir ki, “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze müxalif siyasi partiyaların birləşməsi perspektivini belə qiymətləndirib.
O hesab edir ki, müxalifətdə ikinci yer uğrunda mübarizə aparılır, çünki səslərin 40%-ə yaxını paylanılmalıdır.
“Onlar ikinci yer üçün mübarizə aparırlar. 40%-ə yaxın səs onların arasında bölüşdürülməlidir və bu 40% kimə, necə bölüşdürüləcək deyə mübarizə gedir, onların mübarizəsinin bütün məzmunu budur”, -Kobaxidze bildirib.
Bundan əlavə, o qeyd edib ki, bəzi zəngin qeyri-hökumət təşkilatları Avropa Komissiyasının 12 bəndinin icrasına sabotaj edirlər.
“Qeyri-hökumət təşkilatları 12 bəndin icrasında iştirak etmirlər, əksinə, bağlı olduqları siyasi partiyalar kimi 12 bəndin icrasına hər cür sabotaj edirlər. Radikal müxalifət var, onlarla zəngin bir neçə qeyri-hökumət təşkilatı bağlıdır, söhbət ancaq zəngin qeyri-hökumət təşkilatlarından gedir, başqa qeyri-hökumət təşkilatlarından danışmırıq. Onlar namizəd statusunun radikal müxalifət tərəfindən sabotaj edilməsində bilavasitə iştirak edirlər”, - Kobaxidze bildirib.


