20 
Iyn
2023
21:36
413

Lukaşenko: "Gürcüstan postsovet ölkələrinin bazarlarına qayıtmaq istəyir"

Gürcüstan Qərbin vədlərindən bezib və postsovet ölkələrinin bazarlarına qayıtmaq istəyir. 

InterPress.ge xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə müvafiq bəyanatla çıxış edib.

Onun sözlərinə görə, "bir yerdə qalmalıyıq".

“Gürcüstan nümunəsi. Onların siyasətində müəyyən dəyişiklik görürük: onlar qərb və başqa vədlərdən beziblər və yenidən bizim bazara qayıtmaq istəyirlər, çünki onları südlə, ətlə, şərabla öz bazarlarına buraxmayacaqlar. Bazarlar uzun müddətdir ki, parçalanmış və şiddətli rəqabətə məruz qalmışdır. Bu, bir yerdə qalmağımızın ikinci səbəbidir. Bu, bizim istismar olunan bazarımızdır”, - Lukaşenko bildirib.

Belarus lideri qeyd edib ki, Qərbdən nə isə təklif olunarsa, bu, yalnız resurs müqabilində və ya Qərbə sərfəli siyasi kursun aparılması müqabilində olacaq.

“Xüsusilə də bu çətin anlarda bir yerdə olmalıyıq”, - Lukaşenko əlavə edib.

Bizimlə əlaqə saxlayın