27 
Iyn
2023
10:45
348

Ukrayna Prezidenti: "Ukrayna əsgərləri cəbhənin bütün istiqamətlərində irəlilədilər"

"Ukrayna əsgərləri cəbhənin bütün istiqamətlərində irəlilədilər".

InterPress.ge xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, o, Donetsk və Zaporojye vilayətlərinə səfər edib.

 "Bu gün əsgərlərimiz bütün istiqamətlərdə irəliləyiş əldə ediblər və bu, xoşbəxt gündür. Oğlanlara belə günlər arzuladım", - Ukrayna prezidenti bildirib.

Onun sözlərinə görə, o, generallarla: Vasil Zubaniç, Aleksandr Tarnavski, Yuri Sodol və Aleksandr Sirski ilə görüşlər keçirib və bir sıra operativ qərarlar qəbul edilib.

Prezident həmçinin hazırda döyüşən, döyüşə hazırlaşan, əsgərləri öyrədən və müalicə olunan Ukraynanın bütün müdafiəçilərinə təşəkkür edib.

 "Təşəkkür edirəm! Mən sizinlə fəxr edirəm. Ukrayna uğrunda canlarını verənlərin hamısına əbədi və parlaq xatirə!" – deyə Zelenski qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər