Litva Ukraynaya NASAMS zenit-raket kompleksinin iki buraxılış sistemini verəcək
Litva Ukraynaya NASAMS zenit-raket kompleksinin iki buraxılış sistemini verəcək.
InterPress.ge xəbər verir ki, bununla bağlı ölkə prezidenti açıqlama verib.
“Litva iki NASAMS buraxılış sistemi alıb və onları Ukraynaya verəcək. Hava hücumundan müdafiə təcavüzkarla mübarizə üçün əsas məsələdir”, - Qitanas Nauseda bildirib.
Litva prezidenti həmçinin Vilnüs sammitində NATO-nun Ukraynaya dəstək üçün daha kollektiv qərarlar qəbul edəcəyinə ümid etdiyini bildirib.
“Ukrayna prezidenti dəfələrlə NASAMS sistemlərinin ölkəsinə verilməsinin mümkünlüyü məsələsini qaldırıb. Bu gün Litva ilə Norveçin “Kongsberg” şirkəti arasında müvafiq saziş imzalanıb. Yaxın vaxtlarda iki modernləşdirilmiş sistem Ukraynaya çatdırılacaq”, - Qitanas Nauseda bildirib.


