27 
Iyl
2023
13:34
499

UNESCO məktəblərdə smartfonların qlobal şəkildə qadağan edilməsinin tərəfdarıdır

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) hesab edir ki, smartfondan həddindən artıq istifadə zəif akademik performansa gətirib çıxarır və uşaqların emosional sabitliyinə mənfi təsir göstərir. 

 InterPress.ge xəbər verir ki, UNESCO məktəblərdə smartfonlara qlobal qadağa qoymağa çağırır və hesab edir ki, bu, öyrənməni yaxşılaşdırmağa və uşaqları kiber zorakılıqdan qorumağa kömək edəcək.

“Bütün dəyişikliklər irəliləyişi ifadə etmir. Nəyinsə edilə bilməsi o demək deyil ki, edilməlidir. Rəqəmsal inqilabın ölçüyəgəlməz potensialı var, lakin cəmiyyətdə onu necə idarə etmək barədə xəbərdarlıqlar edildiyi kimi, onun təhsildə istifadəsinə də eyni diqqət yetirilməlidir. Rəqəmsal texnologiyalardan istifadə təhsil prosesini onların zərərinə deyil, onların xeyrinə yaxşılaşdırmaq məqsədi daşıyır. Tələbələrin ehtiyaclarını birinci yerə qoyun və müəllimləri dəstəkləyin. Onlayn sessiyalar canlı ünsiyyəti əvəz etməyəcək", - deyə UNESCO-nun baş direktoru Odri Azule bildirib.

UNESCO dünya üzrə 200 təhsil sisteminin təhlilinə əsaslanaraq hər dörd ölkədən birinin məktəblərdə smartfonlardan istifadəni qadağan etdiyini bildirir. Bunlara Fransa və Hollandiya daxildir.

Hollandiyanın Təhsil Naziri Robert Dyckgraaf qadağanı elan edərkən bildirib ki, “tələbələr diqqətini cəmləməyi bacarmalı və onlara yaxşı oxumaq imkanı verilməlidir". Araşdırmalar göstərir ki, smartfonlar diqqəti yayındırır. Biz tələbələri bundan qorumalıyıq”, - deyə O, əlavə edib.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər