31 
Iyl
2023
11:46
436

İyun ayında Gürcüstan iqtisadiyyatında artım müşahidə olunub

İlkin hesablamalara görə, 2023-cü ilin iyun ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun (ÜDM) artımı 7,7 faiz təşkil edib, 2023-cü ilin 6 ayı üzrə orta göstərici isə 7,6 səviyyəsində müəyyən edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat verib.

2023-cü ilin iyun ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıma aşağıdakı sektorlar əhəmiyyətli töhfə verib: tikinti, ticarət, maliyyə və sığorta fəaliyyəti.

Nəqliyyat və anbar təsərrüfatı, eləcə də elektrik enerjisi, qaz, buxar və kondisioner təchizatı sektorlarında azalma tendensiyası müşahidə olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər