Gürcüstanda tikinti xərcləri indeksi azalıb
2023-cü ilin iyun ayında tikinti xərcləri indeksi əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Hesabatlara görə, sözügedən dövrdə nəqliyyat, yanacaq və elektrik enerjisi kateqoriyası üzrə 1,2 faiz ucuzlaşma qeydə alınıb ki, bu da ümumi indeksin dəyişməsinə -0,11 faiz bəndi təsir edib.
Bununla yanaşı, tikinti materiallarının qiymətləri 0,5 faiz bahalaşıb ki, bu da aylıq indeksə 0,34 faiz bəndi təsir edib.
“Sakstat”ın məlumatına görə, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 8 faiz artıb. İndeksin artımı əsasən tikinti işçilərinin orta aylıq nominal əmək haqqının 18,6 faiz artması ilə əlaqədar olub ki, bu da indeksin ümumi dəyişməsində 4,41 faiz bəndi təşkil edib.


