12 
Avq
2023
15:58
348

Daxili İşlər Nazirliyi: "Təbii fəlakət bölgəsində axtarış sahəsi genişləndirilib"

Oni bələdiyyəsində, təbii fəlakət bölgəsində canlı qüvvə, ağır texnika və üzən vasitələrlə əməliyyat-axtarış tədbirləri fəal şəkildə davam etdirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, axtarış sahəsi genişləndirilib.

“Axtarış işlərinə cəlb olunmuş xilasedici qayıqlar vasitəsilə çayın və onun ətraf ərazilərinin aktiv monitorinqi aparılır.

İşlərə həmçinin polis bölmələri, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri, bir qrup kinoloq, Müdafiə Nazirliyinin və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin əməkdaşları cəlb olunub. Orada dronlar və xüsusi texnika işləyir.

Xilasedicilər tərəfindən təbii fəlakət zonasında 24 nəfərin cəsədi tapılıb, 9 nəfərin axtarışları davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın