18 
Avq
2023
10:58
600

Son üç il ərzində neçə nəfərə Gürcüstan vətəndaşlığı verilib?

2020-ci il dekabrın 1-dən 2023-cü il iyulun 12-dək ümumilikdə 11 007 nəfərə Gürcüstan vətəndaşlığı verilib.

InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, vətəndaşlığının verilməsi ilə bağlı ən çox 3995 hal 2022-ci ildə olub, 2020-ci ildə 1838 nəfərə, 2021-ci ildə 2847 nəfərə, 2023-cü il iyulun 12-dək isə 2327 nəfərə vətəndaşlıq verilib.

Burada qeyd edək ki, 2020-ci il dekabrın 1-dən 2023-cü il iyulun 12-dək Gürcüstan vətəndaşlığı ən azı 10 nəfərə xüsusi qayda ilə verilib, 2021-ci ildə isə ümumiyyətlə, xüsusi qayda ilə vətəndaşlıq verilməsi halı olmayıb. 

Həmin dövrdə 18 nəfərə adi qaydada, 25 nəfərə isə sadələşdirilmiş qaydada Gürcüstan vətəndaşlığı verilib. 60 nəfərə bərpa proseduru ilə Gürcüstan vətəndaşlığı verilib, 5173 halda isə müvəqqəti Gürcüstan vətəndaşlığını bərpa etmək hüququndan istifadə edilib.

Bundan əlavə, Gürcüstan vətəndaşlığını qəbul etmiş şəxslərin hansı ölkələrdən olması barədə ictimaiyyətə məlumat verilməsi sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, “Dövlət Xidmətlərinin İnkişafı Agentliyi”ndə etnik mənşəyə dair məlumatlar qeyd olunmur.

Bizimlə əlaqə saxlayın