01 
Sen
2023
20:24
499

Kreditlər üzrə faiz dərəcələri artıb- Xarici valyutada faiz dərəcələri necə dəyişib?

Kreditlər üzrə faiz dərəcələri 2023-cü ilin iyul ayında əvvəlki ayla müqayisədə artıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat verib.

Milli Bankın məlumatına görə, iyunda kreditlər üzrə faiz dərəcəsi 13,09% təşkil edirdisə, iyulda bu faiz 13,56%-ə yüksəlib.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında baş verən qiymət artımı daha çox lari ilə götürülən kreditlərə təsir edib. Həmçinin, iyul ayında milli valyutada verilən kreditlər üzrə faiz dərəcələri iyun ayı ilə müqayisədə 15,91%-dən 16,25%-ə yüksəlib. Bunlardan hüquqi şəxslərə verilən kreditlər üzrə faiz dərəcələri 13,72%-dən 13,96%-ə, fiziki şəxslər üçün isə 17,68%-dən 17,71%-ə yüksəlib.

Bundan başqa, xarici valyutada kreditlər üzrə faiz dərəcələri iyun ayı ilə müqayisədə iyulda 9,03%-dən 8,48%-ə düşüb. Onlardan hüquqi şəxslərə verilən kreditlər üzrə faiz dərəcəsi 9,39%-dən 9,29%-ə, fiziki şəxslərə isə 7,26%-dən 6,53%-ə enib.

İllik azalmaya gəlincə, 2022-ci ilin iyul ayı ilə müqayisədə bu il lari ilə verilən kreditlər üzrə faiz dərəcələri bir qədər azalaraq 16,47%-dən 16,25%-ə, xarici valyutada olanlar isə 7,01%-dən 8,48%-ə yüksəlib.

Bizimlə əlaqə saxlayın