“Oğru dünyası”nın fəaliyyətinə dəstək verən bir nəfər saxlanılıb
Kaxeti polisi “Oğru dünyası”nın fəaliyyətinə dəstək verən bir nəfəri müəyyənləşdirib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin şəxsi və yaşayış evinə baxış zamanı maddi sübut kimi 1 ədəd tapança və 5 ədəd patron götürüblər.
“Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin Axmet rayon şöbəsinin əməkdaşları, həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində bu il martın 30-da, 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunub şəxsi qanunsuz odlu silah əldə etmək və saxlamaq ittihamı ilə saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin şəxsi və yaşayış evinə baxış zamanı maddi sübut kimi 1 ədəd tapança və 5 ədəd patron götürüblər. Polis əməkdaşları tərəfindən maddi sübut kimi mobil telefon da götürülüb və nəticədə təqsirləndirilən şəxsin cinayət aləminin üzvləri ilə əlaqə saxlaması və onların fəaliyyətinə dəstək məqsədilə cinayət əməlləri ilə məşğul olduğu müəyyən edilib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs xaricdəki “qanuni oğrularla” əlaqədə olub, şəxsi münaqişələrin və ya maliyyə mübahisələrinin həllində fəal iştirak edib.
Sözügedən iş üzrə həyata keçirilmiş kompleks əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 223-cü maddəsinin ikinci hissəsi, yəni “oğru dünyası”nın fəaliyyətinə dəstək verməklə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, cəzaçəkmə müəssisəsinə təhvil verilib", - deyə məlumatdaq eyd olunub.