Baş nazir: "İşsizlik və yoxsulluq səviyyəsi tarixi minimum həddədir"
"İkinci rübdə biznes sektorunda iş yerlərinin sayı 42 min artaraq 737 min təşkil edib ki, bu da çox müsbət haldır".
InterPress.ge xəbər verir ki, Baş nazir İrakli Ğaribaşvili bu barədə hökumətin iclasında bildirib.
“Onu da qeyd etmək istərdim ki, işsizliyin ümumi səviyyəsi tarixi minimumdadır. Yoxsulluğun səviyyəsi də ən aşağı səviyyədədir və ölkənin ehtiyatları 5,5 milyard dollarla bütün zamanların ən yüksək həddindədir. Bu o deməkdir ki, ölkə güclənir, inkişaf edir, zənginləşir və onu saxlamaq lazımdır. Təbii ki, bu, təsadüfən baş vermədi. Bu, bizim düzgün siyasətimizin nəticəsidir. Bu tempi daha da gücləndirmək lazımdır.
Əhaliyə demək istəyirəm ki, biz mümkün qədər inflyasiyanın səviyyəsinə nəzarət edəcəyik. İnflyasiya 2,9% -dir və bu, inflyasiyanın səviyyəsinin Milli Bankın müəyyən etdiyi hədəf indeksdən - 3%-dən aşağı saxlanılması deməkdir. Geniş istehlak olunan yanacağın, dərmanların, ərzaq məhsullarının qiymətləri aşağı salınıb. Biz bunu mütəmadi olaraq yoxlayacağıq.
Bir neçə gün əvvəl Rəqabət Agentliyinin rəhbəri ilə söhbət etdim və ondan istehlak məhsullarına marjaların nə dərəcədə düzgün qoyulduğunu bir daha yoxlamasını xahiş etdim. Beləliklə, biz Milli Bankla razılaşdırılmış fəaliyyəti davam etdirəcəyik”, - Baş nazir qeyd edib.


