07 
Sen
2023
15:11
293

Stoltenberq: "Putin iki böyük strateji səhvə yol verdi- O, ukraynalıları və bizi düzgün qiymətləndirmədi"

"Prezident Putin iki böyük strateji səhvə yol verdi, birincisi, ukraynalıları düzgün qiymətləndirmədi, ikincisi, Ukraynanı dəstəkləmək istəyimizi və öhdəliyimizi düzgün qiymətləndirmədi".

InterPress.ge xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Avropa Parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı amansız müharibəsi NATO-Aİ əməkdaşlığını daha da vacib edib.

“Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən qəddar və ən böyük müharibədir. Reallıq ondan ibarətdir ki, prezident Putin keçən il Ukraynanı işğal edərkən iki böyük strateji səhvə yol verdi. Birincisi odur ki, o, Ukrayna xalqının, siyasi rəhbərliyinin və silahlı qüvvələrinin gücünü və cəsarətini düzgün qiymətləndirmədi, ikinci strateji səhvi o oldu ki, o, bizi, Ukraynanı dəstəkləmək istəyini və öhdəliyini düzgün qiymətləndirmədi", - deyə  NATO-nun baş katibi qeyd edib.

O, Rusiyanın işğalından sonra NATO və Avropa İttifaqının Ukraynaya göstərdiyi yardımın əhəmiyyətindən danışıb və bu yardımla Ukraynanın Rusiya qüvvələrinə qarşı əks hücuma keçə bildiyini vurğulayıb.

“Bizim köməyimiz ukraynalılara əks hücuma keçmək imkanı verdi. Tədricən uğur qazanırlar. Bu, çətin, çətin döyüşdür, lakin onlar rus qüvvələrinin müdafiə mövqelərini yarmağa müvəffəq olub və irəliləyirlər”, - deyə Stoltenberq bildirib.

Bizimlə əlaqə saxlayın