Almaniya kansleri: "Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi təmin edilməlidir"
Almaniya kansleri Olaf Şoltsun sözlərinə görə, Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi təmin edilməlidir.
InterPress.ge xəbər verir ki, DW-nin məlumatına görə, Şolts bu barədə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.
Kanslerin sözlərinə görə, diqqət yerlərdə yaradılmış humanitar vəziyyətə və yerli əhaliyə yardıma yönəlməlidir ki, bu da indi Azərbaycanın üzərinə düşür.
Şolts həmçinin qeyd edib ki, hərbi gücdən istifadə qəti şəkildə qəbuledilməzdir və onun hökuməti münaqişənin danışıqlar yolu ilə həlli və Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün hər şeyi edəcək.
“Münaqişənin davamlı həlli üçün Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi təmin edilməlidir, eyni zamanda Ermənistanın suverenliyinə hörmətlə yanaşmaq vacibdir”.


