09 
Okt
2023
12:34
307

İsraildə musiqi festivalının ərazisində daha bir etnik gürcü öldürülüb

Etnik gürcü Dado Çikvilaşvili Qəzza zolağı yaxınlığında, musiqi festivalı ərazisində öldürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib.

Ailə üzvləri məlumatı təsdiqləyərək meyitin şəxsiyyətinin müəyyən olunduğunu bildiriblər. Həmçinin bu festivalda iştirak edən başqa bir gürcü yəhudi qız Tamar Qoldberqi də axtarılır.

Gürcüstanın İsraildəki səfiri Laşa Jvaniyanın verdiyi məlumata görə, oktyabrın 8-nə olan məlumata görə, İsraildə iki gürcü yəhudi ölüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər