10 
Okt
2023
11:55
518

2022-ci ildə işçilərin orta aylıq nominal əməkhaqqı 18,3 artıb

2022-ci ildə Gürcüstanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə 18,3 faiz (238,5 lari) artaraq 1543,0 lari təşkil edib.

InterPress.ge xəbər verir ki, Sakstat-ın məlumatına görə, 2022-ci ildə əvvəlki illə müqayisədə bütün sektorlarda maaşlarda artım qeydə alınıb.

Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə əməkhaqqı nisbətən yüksək olub:

• İnformasiya və rabitə - 3 033,4 lari (əvvəlki ilə nisbətən 49,4 faiz artıb);

• Maliyyə və sığorta fəaliyyəti - 2 730,0 lari (əvvəlki illə müqayisədə 15,3 faiz artıb);

• Peşə, elmi və texniki fəaliyyət - 2 285,0 lari (əvvəlki illə müqayisədə 10,1 faiz artıb).

2022-ci ildə qadınların orta aylıq əməkhaqqı 1247,7 lari, kişilərinki isə 1827,0 lari müəyyən edilib. Əməkhaqqının illik artımı qadınlarda 192,2 lari (18,2%), kişilərdə isə 289,1 lari (18,8%) təşkil edib. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sahələr üzrə kişilərin orta aylıq əməkhaqqı qadınların orta aylıq əməkhaqqını üstələyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər