18 
Okt
2023
08:26
350

Bayden Konqresdən Ukrayna və İsrailə kömək üçün təxminən 100 milyard dollar istəyəcək

ABŞ prezidenti Cozef Bayden Ukrayna, İsrail, Tayvana kömək etmək və Amerika sərhədini qorumaq üçün Konqresdən təxminən 100 milyard dollar istəməyi planlaşdırır.

InterPress.ge xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu müraciətin təfərrüatları hələ də işlənir.

Daha əvvəl “Foreign Policy” jurnalı rəsmilərə istinadən xəbər verib ki, Bayden administrasiyası həftənin sonunda Konqresə İsrail, Ukrayna və Tayvana birləşmiş yardım layihəsini təsdiq üçün təqdim edə bilər ki, bu layihəyə Amerika sərhədlərinin qorunması üçün maliyyə də daxildir.

Bununla belə, adı açıqlanmayan amerikalı qanunvericinin nəşrlə söhbətində qeyd edib ki, bir qrup respublikaçı yardımların birləşdirilməsinə qarşı olduğu üçün Nümayəndələr Palatasında belə bir təşəbbüsün təsdiqləməsi maneə ilə rastlaşa bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər