24 
Okt
2023
11:43
843

Sentyabr ayında neçə nəfərin sosial yardım aldığı açıqlandı

Sentyabrda 435 578 nəfərə (122 416 ailə), o cümlədən 16 yaşadək 226 328 nəfərə yaşayış müavinəti verilib.

InterPress.ge Sosial Xidmət Agentliyinin statistikasına əsasən bildirir ki, Əhalinin məşğulluğunun təşviqinə dair Dövlət Proqramı çərçivəsində 200 191 nəfərə (44 298 ailə) 4 il müddətində sosial cəhətdən həssas qrup statusu verilməsi təmin ediləcək.

Sentyabr ayı ərzində ailələrinin reytinq balı yaşayış müavinəti üçün tələb olunan minimum baldan çox olmayan və yaşayış müavinəti köçürülməyən şəxslərin sayına gəlincə - agentliyin məlumatına görə, ötən ay 20 872 nəfərə yaşayış müavinətinin verilməsi dayandırılıb, 440-ı isə ləğv edilib.

Eyni məlumata görə, sentyabr ayında 5842 nəfər maddi yardımdan imtina edib. 15 855 nəfərə isə sosial yardımın təyin edilməsi proseduru davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər