30 
Okt
2023
10:20
674

"Bu gün bazarda yanacağın qiymətləri dünya tendensiyaları ilə tam uyğundur" - İrakli Lekvinadze

"2023-cü ilin sentyabr ayına olan məlumata görə, avtomobil yanacağı bazarında rəqabət baxımından vəziyyət normallaşıb və ötən ilin eyni dövrü ilə müqayisədə xeyli sağlamdır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Rəqabət Agentliyinin rəhbəri İrakli Lekvinadze Business Insider Georgia-ya bildirib.

İrakli Lekvinadzenin sözlərinə görə, bu gün bazarda qiymətlər dünya tendensiyalarına tam uyğundur.

 “Son bir neçə aydır ki, dünyada bütün növ neftin qiyməti artmaqdadır. Gürcüstan 100% idxalçı ölkədir və buna görə də beynəlxalq qiymətlər Gürcüstan bazarına əhəmiyyətli dərəcədə təsir göstərir. Keçən illə müqayisədə şirkətlərin marjaları minimal və optimaldır və eyni yanacaq növündə az fərqlilik var. Müvafiq olaraq, hesab edirik ki, hazırda hər hansı qeyri-bazar və süni təsirlərə yer yoxdur”, - Lekvinadze bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər