Sergey Şoyqu: “Qərb Asiya-Sakit okean regionunda böhranı genişləndirməyə çalışır“
"Qərb Ukraynadakı münaqişəni Asiya-Sakit okean regionuna genişləndirməyə çalışır"
InterPress.ge xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Qərb Avropada kəskin böhrana səbəb olduqdan sonra Asiya-Sakit okean regionunda böhranı genişləndirməyə çalışır", - Şoyqu Pekində Sianşan Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Pekində keçirilən forumda Şoyqu bəyan edib ki, NATO Asiya-Sakit okean regionunda qüvvələrini gücləndirir, hərbi təlimlərin miqyasını artırır və sürətləndirilmiş silahlanma həyata keçirir.
“Qərbin Rusiyaya qarşı mövqeyi nüvə gücləri arasında birbaşa münaqişə riski yaradır ki, bu da fəlakətli nəticələrə gətirib çıxaracaq”, - Şoyqu bildirib.
Rusiya mətbuatı xəbər verir ki, Şoyqu Vaşinqtonu iqlim dəyişikliyi və təbii fəlakətlərdən “humanitar müdaxilələr” üçün bəhanə kimi istifadə etməkdə ittiham edib.


