Gürcüstan ərazisində yaşayan şəxslərin Rusiya universitetlərində təhsil alması üçün qeydiyyat müddəti uzadılıb
İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsinin dərc etdiyi bəyanata görə, Gürcüstan ərazisində yaşayan şəxslərin Rusiya universitetlərində təhsil alması üçün qeydiyyat müddəti uzadılıb.
InterPress.ge xəbər verir ki, indiyədək ərizələrin qəbulu üçün son tarix noyabrın 1-i idisə, bu müddət dekabrın 15-dək uzadılıb.
Müsabiqədə Gürcüstan vətəndaşları və Gürcüstan ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər.
Məlumat üçün bildirək ki, Rusiya mətbuatının məlumatına görə, artıq Gürcüstandan 100-dən çox abituriyent 2024-25-ci tədris ilində federal büdcədən maliyyələşdirilən kvota ilə Rusiya ali məktəblərinə qəbul olmaq üçün ərizə verib.
Kvota 200 yer təşkil edir və Gürcüstandan olan abituriyentlərə istənilən Rusiya universiteti arasında seçim etmək təklif olunur. Lakin qeyd edək ki, Lomonosov adına Moskva Dövlət Universiteti, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bu siyahıya daxil deyil.


