25 
Nybr
2023
23:25
546

“İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs uzadıla bilər”-Reuters

İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs bir və ya iki günə uzadıla bilər.
 

InterPress.ge xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat verib.

Nəşr yazır ki, Misir rəsmiləri atəşkəsin mümkün uzadılması ilə bağlı hər iki tərəfdən müsbət siqnallar aldıqlarını bildiriblər.

Misirin dövlət xəbər xidmətinin rəhbəri Diaa Rəşvani bildirib ki, ölkə bütün tərəflərlə 4 günlük atəşkəsin uzadılmasına dair razılığa gəlmək üçün fəal danışıqlar aparır və bu, Qəzzada daha çox girovun və İsrail həbsxanalarında daha çox fələstinli məhbusun azad edilməsi deməkdir.

İsrailin "Kanal 12" telekananlı atəşkəsin mümkün uzadılmasını istisna etmir.

Xatırladırıq ki, dörd günlük müvəqqəti İsrail-Həmas barışığının ilk günü dünən, noyabrın 24-də Həmas tərəfindən saxlanılan 24 girovun azad edilməsi ilə başa çatıb. Bunun müqabilində 39 fələstinli məhbus İsrail həbsxanalarından azad edilib.

CNN-in məlumatına görə, “Həmas” bu gün daha 14 israilli girovu azad etməlidir və bunun müqabilində İsrail 42 fələstinli məhbusu azad edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər