26 
Nybr
2023
10:28
405

Miqrasiya axınının artması ilə əlaqədar bəzi Aİ ölkələri sərhəd qaydalarını sərtləşdirir

Miqrasiya axınının artması ilə əlaqədar bəzi Aİ ölkələri sərhəd qaydalarını sərtləşdirir.

InterPress.ge Reuters-ə istinadən xəbər verir ki, Şengen zonasındakı bəzi ölkələr 2023-cü ildə qanuni və qeyri-qanuni miqrasiya hallarının kəskin artmasından sonra blok daxilində insanların sərbəst hərəkətinə məhdudiyyətlər qoyub.

Avstriya hakimiyyəti oktyabrda Çexiya sərhədində sərhəd qaydalarını bərpa edib, noyabrda isə Slovakiya və Macarıstan istiqamətində də analoji məhdudiyyətlər tətbiq edib.

Danimarka da Şengen ölkələrindən hava girişinə nəzarəti bərpa edib. Danimarka həmçinin 2024-cü ilin may ayına qədər Almaniya limanlarından insanların girişinə məhdudiyyətlər qoyub.

Almaniya, İtaliya, Polşa, Slovakiya və Fransa tərəfindən də sərhəd keçid qaydaları sərtləşdirilib.

Nəşrin məlumatına görə, Aİ vətəndaşları hələ də Şengen zonası daxilində maneəsiz hərəkət edə bilərlər və yeni qaydaların məqsədi İttifaq daxilində miqrantların sərbəst hərəkətinə mane olmaqdır.

Bizimlə əlaqə saxlayın