Gürcüstan Rusiyanın dost turizm ölkələri siyahısına əlavə oluna bilər
Gürcüstan Rusiyanın dost turizm ölkələri siyahısına əlavə oluna bilər.
InteePress.ge xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.
Rusiya Dövlət Dumasına bir sıra “MDB” dövlətlərinin istiqamətləri üzrə fəaliyyət göstərən turoperatorlar üçün maliyyə güzəştlərinin tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
TourDom.ru və Profi.Travel turizm portalları iddia edir ki, dost ölkələrin siyahısı artıq Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılıb və ona MDB-yə üzv dövlətlərlə yanaşı Gürcüstan, həmçinin özünü elan etmiş Abxaziya və “Cənubi Osetiya” respublikaları daxildir.
Yerli KİV-in məlumatına görə, dost turizm ölkələrinin siyahısını Rusiya hökuməti təsdiq edəcək.
Qanunun 2024-cü il aprelin 1-dən qüvvəyə minməsi gözlənilir.


