ABŞ prezidenti Senatı Ukraynaya maliyyə yardımı paketini dəstəkləməyə çağırıb
“Mən Senatı Ukrayna xalqını dəstəkləməyə və Putinin zülmünə qarşı durmağa çağırıram”
InterPress.ge xəbər verir ki,bu barədə AbŞ prezidenti Co Bayden Twitter-də yayımladığı videomüraciətdə danışıb.
"Mən bilirəm ki, bizim daxili fikir ayrılıqlarımız var. Gəlin onları keçmişə qoyaq. Bu, çox vacibdir. Bütün dünya ABŞ-ın nə edəcəyini izləyir. Məncə, biz Ukraynanı dəstəkləməsək, dünyanın qalan hissəsi nə edəcək. Hazırda Ukraynaya dəstək verən Yaponiya nə edəcək, G7-nin şərtləri necə olacaq, NATO-nun şərtləri necə olacaq, onlar nə edəcəklər?
Biz kənara çəkilsək, bu, yalnız digər mümkün təcavüzkarları həvəsləndirəcək. Ona görə də mən Senatı nəyəsə, düzgün iş görməyə – Ukrayna millətini , azadlığı dəstəkləməyə və Putinin zülmünə qarşı durmağa çağırıram"- deyə Bayden bildirib.


