08 
Dek
2023
11:01
409

Almaniya üç ölkə ilə sərhəd nəzarətini ən azı iki ay müddətinə uzadır

Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəd nəzarətini ən azı iki ay müddətinə uzadır.

InterPress.ge xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser bildirib.

 “Dekabrın 15-dən sonra Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə müvəqqəti nəzarəti ən azı iki ay müddətinə uzadacam” deyən nazir Avropa qanunvericiliyində belə bir tədbirin nəzərdə tutulduğunu izah edib.

Onun sözlərinə görə, qeyri-qanuni miqrasiya ilə mübarizədə sərhəd nəzarəti effektivdir.

"Tədbirlərimiz öz nəticəsini verir", - Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, oktyabrın 16-dan etibarən federal polis təkcə Çexiya, Polşa və İsveçrə sərhədlərində ölkəyə 9200-ə yaxın qanunsuz giriş faktı müəyyən edib.

Bizimlə əlaqə saxlayın