15 
Dek
2023
21:29
360

Almaniya Federal Şurası Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr kimi tanıyıb

Almaniya Federal Şurası Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr kimi tanıyıb.

InterPress.ge xəbər verir ki, bu barədə Almaniya höküməti məlumat yayıb.

Almaniya Federal Şurasının (Bundesrat) qərarına əsasən, Gürcüstan və Moldova sığınacaq qanunları baxımından təhlükəsiz mənşə ölkələri hesab ediləcək.

Qərar o deməkdir ki, Gürcüstan və Moldova vətəndaşlarının sığınacaq üçün müraciətlərinə daha tez baxılacaq, ancaq əksər hallarda rədd edilə  də bilər.

Almaniya hökumətinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Gürcüstan və Moldovadan olan sığınacaq axtaranların tanınma səviyyəsi təxminən 0,1% təşkil edib. Hazırda Almaniyada sığınacaq üçün rədd edilən müraciətlərin 15%-i Gürcüstan və Moldova vətəndaşlarıdır.
Federal Şuranın fikrincə, sözügedən qərar “hər iki ölkə ilə onsuz da yaxşı olan əməkdaşlığı yeni səviyyəyə qaldırmaq və qeyri-qanuni miqrasiyanı əhəmiyyətli dərəcədə azaltmaq üçün miqrasiya üzrə sazişlərdən indi istifadə etməyə” əsas yaradır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər