“Liberty Bank” cərimələndi
Milli Bank “Liberty Bank”ı 75 min lari məbləğində cərimələyib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı bildirib.
Gürcüstanın Milli Bankı buna aşaığdakı dörd səbəbi göstərib:
"1. Yoxlama prosesi zamanı tələb olunan məlumatın/sənədlərin Gürcüstan Milli Bankına düzgün təqdim edilməməsinin 7 (yeddi) halı ilə əlaqədar;
2. “Qeyri-qanuni gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı risklərin qiymətləndirilməsi üzrə Təlimatların təsdiq edilməsi haqqında” Gürcüstan Milli Bankı Prezidentinin 7 may 2019-cu il tarixli N82/04 əmri ilə təsdiq edilmiş 1 müştəri ilə bağlı 1 nömrəli Əlavənin 2-ci maddəsinin tələblərinin pozulmasına görə; (Milli Bankın hüquqi aktı və/və ya kommersiya bankının daxili siyasət/prosedurları ilə müəyyən edilmiş müvafiq risk amilləri nəzərə alınmaqla riski təyin etmədikdə);
3. . “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasının təşviqi haqqında” Gürcüstan Respublikası Qanununun 27-ci maddəsinin 6-cı bəndi ilə təsdiq edilmiş “Məsuliyyətli şəxs tərəfindən əməliyyatlar haqqında məlumatların uçotu, saxlanması və Gürcüstanın Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”nın 3-cü maddəsinin birinci bəndində nəzərdə tutulmuş şübhəli əməliyyatların aşkarlanması Gürcüstan və Maliyyə Monitorinqi Xidməti rəhbərinin 5 iyun 2020-ci il tarixli 1 saylı əmri və xidmətə təqdim edilməsinin proqram təminatı (elektron) sisteminin nasazlığı ilə əlaqədar
4. Gürcüstanın Maliyyə Monitorinqi Xidməti Rəhbərinin 5 iyun 2020-ci il tarixli N1 əmri ilə təsdiq edilmiş 1 (bir) müştəriyə münasibətdə “Mühasibat uçotunun aparılması, əməliyyatlar haqqında məlumatların saxlanması və Gürcüstanın Maliyyə Monitorinqi Xidmətinə hesabatlı şəxs tərəfindən təqdim edilməsi Qaydaları”nın 3-cü maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş tələblərin pozulmasına görə"- Milli Bankın məlumatında deyilir.


