23 
Yan
2024
10:04
422

Kanadada oğurluq avtomobilləri Gürcüstana göndərmək istəyən qruplaşma üzvləri həbs edilib

Kanadada oğurluq avtomobilləri Gürcüstan və Azərbaycana göndərmək istəyən qruplaşma üzvləri həbs edilib

InterPress.ge Kanada mətbuatına istinadən xəbərinə görə, bu barədə yerli polis bildirib.

Məlumata görə, Ontarionun Toronto şəhərində avtomobil oğurluğu ilə bağlı bir ay davam edən təhqiqatdan sonra 11 nəfərin 100-ə yaxın cinayətdə ittiham olunduğunu bildirib.

York Regional Polisi, son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış 52 avtomobili tapdığını bildirib.

Müstəntiqlər bildiriblər ki, cinayətkar qrup bahalı avtomobilləri hədəf seçərək, nəqliyyat vasitələrini Azərbaycan və Gürcüstan kimi uzaq ölkələrə göndərməyi planlaşdırıb.

Şübhəli şəxlərə avtonəqliyyat vasitələrinin oğurlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın ticarəti də daxil olmaqla, ümumilikdə 96 ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər