29 
Yan
2024
14:34
707

Polşada Gürcüstan vətəndaşları gənc oğlanı döyərək öldürüblər

Polşanın Vroslav şəhərində 21 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən iki Gürcüstan vətəndaşı saxlanılıb.

InterPress.ge-nin məlumatına görə, bu barədə yerli mətbuat məlumat yayıb.

Onların məlumatına görə, şənbə günü səhər Vroslav şəhərinin mərkəzində iki əcnəbi 21 yaşlı gənci təhlükəli silahla döyərək öldürüblər.

Vroslav Prokurorluğu bildirir ki, hazırda istintaq tədbirləri davam etdirilir.

Saxlanılan Gürcüstan vətəndaşlarının yaşı 23-dən azdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər