27 
Fev
2024
20:46
222

Prokurorluq narkotik cinayətlərinə görə 4 nəfərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu 4 xarici ölkə vətəndaşına qarşı külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanması, habelə Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyində müxtəlif cinayət işləri üzrə aparılmış istintaqla müəyyən edilib ki, həbs edilmiş 3 Çin, Rusiya və Ukrayna vətəndaşları qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan “Metamfetamin”, "MDMA", "Metadon" və külli miqdarda psixotrop maddə "ketamin" saxlayıb. Həmçinin, Almaniya vətəndaşı Gürcüstana qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan “Mdma” və “kokain”i idxal edib və saxlayıb.

“4 nəfər qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanması, 1 nəfər isə xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq Gürcüstan ərazisinə gətirilməsi faktı ilə bağlı ittihamlar irəli sürülüb. Onlara irəli sürülən ittiham 8 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
Prokurorluğun vəsatəti əsasında məhkəmə hər 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
"Cinayət işlərinin istintaqı davam etdirilir", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər