ABŞ səfirliyi və Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşları Moskvada mümkün terror aktları ilə bağlı xəbərdar edir
ABŞ-ın Rusiyadakı səfirliyi və Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Moskvada baş verə biləcək terror aktları ilə bağlı xəbərdar edir.
InterPress.ge xəbər verir ki, ABŞ səfirliyi kimi, Britaniya Xarici İşlər Nazirliyi də öz rəsmi saytında xəbərdarlıq mətni dərc edib.
“Səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla böyük yığıncaqlara hücum etməyi planlaşdırdığına dair xəbərləri izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılardan çəkinməyi tövsiyə edir. Xatırladaq ki, Rusiyaya səyahətlə bağlı tövsiyəmiz 4-cü səviyyədir - səyahət etməyin”, - səfirliyin bəyanatında deyilir.
"Rusiyada vəziyyət gözlənilməzdir”, - deyə Böyük Britaniya XİN bildirib və əlavə edib ki, britaniyalılar tövsiyələrə zidd olaraq Rusiya Federasiyasına səfər edərlərsə, səyahət sığortası ləğv edilə bilər.


