23 
Apr
2024
15:23
428

Poniçalada dini xadimi bıçaqlanıb

Poniçalada imam bıçaqlanıb.

InterPress.ge xəbər verir ki, Vidadi Qurbanov “TV Pirveli”yə verdiyi ilk müsahibəsində qohumunun onu öldürməyə cəhd etdiyini iddia edib.

Onun iddiasına görə, xalası oğlu əvvəlcə onu aldadaraq tərk edilmiş əraziyə aparıb, orada silahlı dəstə tərəfindən qarşılanıb və qanlı qisas başlayıb.

Vidadi Qurbanov deyir ki, hücumun təşkilatçısının kimliyi polisə məlumdur, lakin saxlanılan yoxdur. İddia edilən cinayətin ortağı olanlar da azadlıqdadırlar.

Qurbanov hazırda “İnqoroğva” klinikasındadır, ona təcili cərrahi müdaxilə lazımdır.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin din müəllimi iddia edir ki, o, mütəşəkkil hücumun qurbanı olub, cinayətkarlar isə hələ də sərbəst hərəkət edir.

DİN Poniçalada baş vermiş insidentlə bağlı zorakılıq ittihamı ilə araşdırmaya başlayıb.

Bizimlə əlaqə saxlayın