26 
Avq
2020
09:16
4034

Uşaqlarla bağlı sentyabrın 1-dən yeni qanun qüvvəyə minir

Valideyn və ya qəyyum azyaşlıya məxsus daşınan /daşınmaz əmlak haqda qərarı yalnız məhkəmənin razılığı ilə qərar qəbul edə bilər.

InterPress.ge xəbər verir ki, mülki Məcəlləyə müvafiq dəyişiklik cari ilin sentyabrın 1-dən qüvvəyə minəcək.

"Uşağa məxsus daşınan /daşınmaz əmlakla bağlı məhkəmənin razılığı ilə uşağın maraqlarına qoruyaraq valideynləri və ya digər qanuni nümayəndəsi tərəfindən qərar qəbul edilə bilər." - Mülki Məcəllənin 183-cü maddəsində qeyd edilib.

186-cı maddəyə görə, "Uşağa məxsus 1000 laridən çox dəyəri olan daşınan əmlakın uşağın valideynləri və ya digər qanuni nümayəndəsi tərəfindən məhkəmənin razılığı ilə uşağın xeyrinə qərar verilməsinə icazə verilir."

Yəni əgər uşağa ev hədiyyə edilibsə uşağın adına ev varsa və ata anası onu satmaq istəyirsə məhkəməyə müraciət etməlidi, məhkəmə satma səbəbinə görə qərar verəcək, məhkəmə razılıq versə ata ana evi sata bilər, razılıq verilməsə sata bilməz.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər