31 
Avq
2020
14:44
4082

Tələbələrə ŞAD XƏBƏR! SOCAR-dan təhsil haqqı ilə bağlı açıqlama verildi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti SOCAR-ın Gürcüstan nümayəndəliyindən təhsil haqqının ödənilməsi ilə bağlı açıqlama verib.

InterPress.ge SOCAR tərəfindən verilən açıqlamanı sizə təqdim edir:

"Bilindiyiz kimi, 2008-2009-cu tədris ilindən etibarən “1+4” Dövlət Təhsil Proqramı çərçivəsində Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan və lazımi kriteriyalara cavab verən tələbələrin təhsil haqqı SOCAR-ın Gürcüstandakı Nümayəndəliyi tərəfindən ödənilir.

SOCAR–ın 2019-2020-ci tədris ilinin ikinci semestri üzrə təhsil haqqlarının ödənilməsinə hazır olmasına baxmayaraq, son dövrdə, dünyada və Gürcüstanda yaşanan koronavirus (Covid-19) pandemiyası səbəbindən sənəd qəbulunun başlanılmasında müəyyən gecikmələr yaşanır.

Qeyd etmək lazımdır ki, Qurumlararası Koordinasiya Şurasının Covid-19 virusunun yayılmasının qarşısının alınması ilə əlaqədar tövsiyyələrini nəzərə alaraq, tərəfimizdən sənəd qəbulu əsnasında hər şeydən əvvəl tələbələrin sağlamlığına təhlükə yaratmamaq məqsədi ilə, təyin edilmiş kriteriyalara cavab verən tələbələrin siyahısı və təhsil haqqının ödənilməsi üçün vacib olan digər sənədlər ali təhsil müəssisələrindən birbaşa istəniləcəkdir və bu istiqamətdə tərəfimizdən işlər davam etdirilir.

Nəzərinizə çatdırırıq ki, universitetlər tərəfindən ödəniş üçün lazımi sənədlər bizə təqdim olunan kimi, tərəfimizdən ödəniş həyata keçiriləcəkdir.

Qeyd olunan işin gedişatı prosesi və sona çatdırılması barədə tələbələrə və ictimaiyətə geniş məlumat veriləcəkdir.

Əgər bu proseslə bağlı hər hansı sual meydana çıxarsa, tələbələr işçi qrupun üzvləri ilə birbaşa əlaqə saxlaya bilərlər:

Heydər Əliyev – 577 229 278
Email: [email protected]
Faiq Hüseynov – 577 222 479", - deyə SOCAR-ın Gürcüstandakı Nümayəndəliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın