06 
Avq
2024
10:42
791

Keşəli kəndində baş vermiş qətl hadisəsində təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Telavi rayon məhkəməsi qisas məqsədilə adam öldürmə ilə bağlı işi müzakirə edib.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Qurumdan verilən məlumata görə, proses zamanı təqsirləndirilən şəxslə zərərçəkmişin uşaqlıqdan tanış olduqları müəyyən edilib. Qarşıdurma zamanı 33 yaşlı Bəsilər Mahmudov soyuq silahla 29 yaşlı Cavidan Məmmədovu qətlə yetirib.

"2023-cü il noyabrın 11-də Keşəli kəndində təqsirləndirilən şəxs qisas məqsədi ilə fikir ayrılığı zəminində zərərçəkmişi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Prokurorluq prosesdə sübutlar təqdim edib, onların birləşməsi təsdiqini tapıb. “Bütün sübutları və işin hallarını ətraflı öyrəndikdən sonra andlılar heyəti təqsirləndirilən şəxsi qəsdən adam öldürmədə təqsirli bilib”, - deyə məlumatda bildirilir. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər