Gürcüstanda aktiv ünvan qeydiyyatı olan 4 562 181 Gürcüstan vətəndaşı var
30 sentyabr 2024-cü il tarixinə Gürcüstanda aktiv ünvan qeydiyyatı olan 4 562 181 Gürcüstan vətəndaşı var.
InterPress.ge xəbər verir ki, “Girçi”nin deputatı Aleksandre Rakviaşvili Gürcüstan ərazisində yaşayan Gürcüstan vətəndaşlarının ümumi sayı ilə bağlı parlament sualı ilə Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edib.
“Dövlət Xidmətlərinin İnkişafı Agentliyi”nin deputat sualına cavabında qeyd edildiyi kimi, Gürcüstanda aktiv ünvan qeydiyyatı olan Gürcüstan vətəndaşlarının 3 milyon 604 min 188 nəfəri yetkinlik yaşına çatanlar, 957 min 993 nəfəri isə yetkinlik yaşına çatmayanlardır.
“Sizə bildiririk ki, Agentliyin elektron məlumat bazasına əsasən, 30 sentyabr 2024-cü il tarixinə Gürcüstanda 4 562 181 Gürcüstan vətəndaşı (o cümlədən 3 604 188 böyüklər, 957 993 yetkinlik yaşına çatmayanlar) aktiv qeydiyyatdadır. Eyni zamanda nəzərinizə çatdırmaq istərdim ki, agentlik öz səlahiyyətləri daxilində bu şəxslərin neçəsinin Gürcüstanda daimi yaşaması barədə məlumatlara malik deyil”, - sənəddə bildirilir.


