.jpg)
Sərhəd Polisi əməkdaşları qrup halında dövlət sərhədini qanunsuz keçən iki əcnəbi vətəndaşı saxlayıblar
Sərhəd Polisi əməkdaşları qrup halında dövlət sərhədini qanunsuz keçən iki əcnəbi vətəndaşı saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qurum tərəfindən verilən məlumata görə, cinayət 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə nəticələnə bilər.
"Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları, Axaltsixe Rayon Polis İdarəsinin sərhəd sektorunda aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində, iki xarici vətəndaşı - 1986-cı il təvəllüdlü E.İ. və 1994-cü il təvəllüdlü B.S.-ni Gürcüstanın dövlət sərhədini qanunsuz və qrup şəklində keçmə faktı ilə saxlayıblar.
İstintaq müəyyən edib ki, şübhəlilər, sərhəd-keçid məntəqəsinin yanından, Türkiyə Respublikasından Gürcüstan istiqamətində qanunsuz olaraq, qrup şəklində Gürcüstan dövlət sərhədini keçiblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə aparılır, bu isə dövlət sərhədini qanunsuz və qrup şəklində keçməyi nəzərdə tutur", - deyə məlumatda bildirilib.