Gürcüstanda ev heyvanlarının sayı azalıb, quşçuluq isə artıb
2024-cü ilin sonuna ölkədə iri buynuzlu mal-qaranın sayı son illərin ən aşağı səviyyəsinə düşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Belə ki, iri buynuzlu heyvanların ümumi sayı 811,5 min baş təşkil edib ki, bu da ötən illə müqayisədə 3,1% azdır (2023-cü ildə 838 min baş).
Bu azalmanın əsas hissəsi inək və camışların sayında müşahidə olunub. 2024-cü ildə onların ümumi sayı 397,8 min baş olub ki, bu da 2023-cü illə müqayisədə 5% azalma deməkdir (keçən il 419 min baş idi).
Donuzçuluq sektorunda da azalma müşahidə olunur. Ötən il Gürcüstanda donuzların sayı 129,4 min baş təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8,6% azalma deməkdir (2023-cü ildə 142 min baş idi).
Eyni zamanda, ölkədə quşçuluq sahəsində artım qeydə alınıb. 2024-cü ildə quşların sayı 7,9 milyon başa çatıb ki, bu da ötən ilin analoji göstəricisindən 3,4% çoxdur (2023-cü ildə 7,629 milyon baş).
.


