18 
Fev
2025
13:51
679

Qarşıdakı günlərdə hava şəraitinin pisləşməsi gözlənilir- XƏBƏRDARLIQ EDİLDİ

Fevralın 19-21-də ölkə ərazisində yağıntılar, əsasən qar gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumat yayıb.

Məlumata əsasən, avtomobil yollarında buzlanma ehtimalı yüksəkdir.

“19-21 fevral tarixlərində Gürcüstanda əsasən qar yağacaq, bəzi yerlərdə yağıntılar güclü olacaq. Dağlıq və yüksək dağlıq ərazilərdə duman, çovğun və qar uçqunu təhlükəsi var. Avtomobil yollarında buzlanma və elektrik ötürücü xətlərin üzərində buz qatının əmələ gəlməsi ehtimalı mövcuddur.

Şiddətli qar yağışı, zəif görünürlük, çovğun, buzlanma və qar uçqunu təhlükəsi səbəbindən bəzi avtomobil yollarında hərəkətin məhdudlaşdırılması mümkündür. (Təhlükə səviyyəsi – orta)" – deyə məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın