18 
Fev
2025
14:23
206

Aclıq aksiyası keçirən jurnalist aclıq aksiyasını dayandırdı

"Batumelebi" nəşrinin təsisçisi Mzia Amaglobeli aclıq aksiyasını dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə "Batumelebi"nin baş redaktoru Eter Turadze "Vivamed" klinikasının qarşısında keçirilən mətbuat konfransında məlumat verib.

Amaglobeli açıqlamasında bildirib ki, "Batumi şəhərində, "Arzular şəhəri' adlanan ərazidə iki azyaşlının xəndəyə düşərək həyatını itirməsi fonunda ictimaiyyətin onun səhhəti və həyatı üçün narahat olması ona mənəvi cəhətdən ağır gəlib."

O, həkimlərin yardımı ilə normal qidalanmaya qayıtmağa çalışacağını vurğulayıb və digər "vicdan məhbuslarını" da aclıq aksiyasını dayandırmağa çağırıb.

"Xüsusi olaraq həmkarlarım, dostlarım və ailə üzvlərim qarşısında böyük məsuliyyət hiss edirəm. İstəmirəm ki, aclıq aksiyam sizi zəiflətsin. Siz mənim yerimə də mübarizə aparmalısınız," – deyə Amaglobeli müraciətində qeyd edib.

Qeyd edək ki, Mzia Amaglobeli Batumi Polis İdarəsinin rəisi İrakli Dgebuadzeyə sillə vurduğu üçün polis əməkdaşına hücumda ittiham edilərək saxlanılmışdı. O, həbs olunduğu ilk gündən aclıq aksiyasına başlamış və bu qərarını 38-ci gün ləğv etmişdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər