Rustaveli prospektində etiraz aksiyası yenidən başladı – Yol bağlandı
Rustaveli prospektində etiraz aksiyası yenidən başladı.
InterPress.ge xəbər verir ki, hazırda prospektdə yol bağlanıb, avtomobil hərəkəti məhdudlaşdırılıb. Yolun bağlanmasını etirazçılar alqış və şüarlarla qarşıladılar.
Polis kordonuna baxmayaraq, aksiya iştirakçıları yolu tamamilə bağlamağa müvəffəq olublar.
Parlamentin qarşısına toplaşan etirazçılar bu şüarları səsləndirirlər:
❝Ədalət olmayacaqsa, sülh də olmayacaq!
Oliqarxiyaya od vurun!❞
Parlamentin qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub.
Etiraz aksiyasına İctimai Yayım Şirkətinin qarşısında toplaşan vətəndaşlar da qoşulublar.
Vətəndaşlar 88 gündür etiraz aksiyalarını fasiləsiz davam etdirirlər. Onların əsas tələbi yeni seçkilərin təyin olunması və etirazlar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasıdır.


