24 
Fev
2025
15:41
357

İmereti regionunda güclü qar ciddi problemlər yaradıb

İmereti regionunda güclü qar yağışı nəticəsində bir sıra problemlər yaranıb. Dağlıq ərazilərdə qar örtüyünün hündürlüyü 80 santimetrə çatıb.

InterPress.ge xəbəf verir ki, bu barədə region administrasiyası məlumat yayıb.

Vani bələdiyyəsində də güclü qar yağır və hazırda qarın təmizlənməsi üzrə işlər aparılır.

Region administrasiyasının məlumatına görə, İmeretidə qarla mübarizə işləri gecə saatlarından başlayıb və hazırda da aktiv şəkildə davam edir. Hazırda ərazidə 50-yə yaxın texnika ilə təmizlik işləri görülür, eyni zamanda piyada yolları da qar örtüyündən təmizlənir.

Rəsmi məlumata əsasən, aşağı ərazilərdə qar örtüyünün qalınlığı 40 santimetrə çatır, dağlıq kəndlərdə isə bu rəqəm 70-80 santimetr arasında dəyişir. Hazırda vəziyyətin normallaşdırılması üçün intensiv işlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın