25 
Fev
2025
10:22
287

Pərvanə aşırımında nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb

Pərvanə aşırımında bütün növ nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Avtomobil Yolları Departamenti yayıb.

Məlumata görə, Qar, fırtına və məhdud görmə səbəbindən Koda-Farçixi-Manqlisi-Tsalka-Ninoçminda avtomobil yolunun km 94-km 110 (Fəravani aşırımı) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bizimlə əlaqə saxlayın