Gürcüstanın bəzi bölgələrində məktəblərdə tədris dayandırıldı
Əlverişsiz hava şəraiti səbəbindən Acarıstan, Quriya, Raça-Leçxumi və Aşağı Svaneti bölgələrindəki məktəblərdə tədris prosesi dayandırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat verib.
Qismən tədris prosesi isə Sameqrelo-Zemo Svaneti, İmereti, Samtsxe-Cavaxeti və Şida Kartli bölgələrinin məktəblərində davam edir.
Nazirliyin bildirdiyinə görə, tədris gecikmələrinin aradan qaldırılması üçün məktəblər valideynləri müvafiq tədbirlər barədə məlumatlandıracaqlar.
Nazirliyin təşəbbüsü ilə xüsusi koordinasiya qrupu yaradılıb, hansı ki, bölgələrdə təhsil resurs mərkəzləri və məktəb icmaları ilə sıx əməkdaşlıq edərək problemlərin həlli üçün tədbirlər görür.
Təhsil icmasının üzvləri, imkanları çərçivəsində, təhlükə altında olan insanlara yardım göstərirlər.
Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbçilər üçün müvafiq məkanlar ictimai məktəblərdə yerləşdirilib.
Hava şəraitinin yaxşılaşması və yolların təmizlənməsi başa çatdıqdan sonra Təhsil Nazirliyi məktəblərin infrastruktur vəziyyətini yoxlayacaq, təhlükəsiz təhsil mühitinin təmin olunmasına nəzarət edəcək.
Nazirlik bildirir ki, dərs saatlarının kompensasiyası və tədrisin bərpası məsələləri ilə bağlı valideynlərə mütəmadi məlumat veriləcəkdir.


