Mixeil Qavelashviliyə 13 ölkənin səfiri etimadnamələrini təqdim edib
Gürcüstan prezidenti Mixeil Qavelashvili, Belçika, Lüksemburq, Filippin, Kamboca, Kipr, Malayziya, Pakistan, Somali, Burundi, Qvatemala, Mali, Koreya və Tacikistanın səfirlərindən etimadnamələrini qəbul edib.
InterPress.ge xəbər verir ki, məlumatı Mixeil Qavelashvilinin mətbuat xidməti yayıb və bildirilir ki, etimadnamələrin təqdimetmə mərasimi rəsmi formatda baş tutub.
Mixeil Ğavelaşvili yeni təyin olunmuş səfirlərlə görüş zamanı ölkələr arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə həmçinin Gürcüstan Prezident Administrasiyasının rəhbəri Ketevan Kviniqadze və Gürcüstan Xarici İşlər nazirinin müavini Giorgi Zurabaşvili də iştirak ediblər.


