14 
Mar
2025
15:11
298

Son 4 ildə Gürcüstanda doğuş zamanı ölüm hallarına görə 6 həkimin sertifikatı dayandırılıb

Gürcüstanın Tibbi və Farmasevtik Fəaliyyətin Tənzimlənməsi Agentliyi 2021-2024-cü illər ərzində doğuş zamanı 11 ana ölümü hadisəsini araşdırıb və nəticədə müxtəlif müddətlərə 6 həkimin dövlət sertifikatının fəaliyyəti dayandırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə  agentliyin təqdim etdiyi ictimai məlumatda bildirilib.

2021-2024-cü illərdə Peşəkar İnkişaf Şurası ana ölümü ilə bağlı 11 hadisəni araşdırıb.

Nəticədə,  6 həkimin sertifikatı müxtəlif müddətlərə dayandırılıb. 1 həkimin “mamalıq-ginekologiya” ixtisasında dövlət sertifikatı ləğv edilib; 1 həkimə yazılı xəbərdarlıq verilib.

Bundan əlavə, 2021-2024-cü illərdə Tənzimləmə Agentliyi tibbi müəssisələrdə aparılan yoxlamalar zamanı qanunsuz tibbi fəaliyyət hallarını aşkar edib. Bu dövrdə 123 inzibati pozuntu protokolu tərtib olunub və ümumilikdə 127 000 lari məbləğində cərimə tətbiq edilib.

Bizimlə əlaqə saxlayın