17 
Mar
2025
10:57
884

Sinoptiklər xəbərdarlıq edir: Yağış, qar və güclü külək gözlənilir

Martın 17-dən etibarən Qərbi Gürcüstanda, martın 19-20-də isə ölkə ərazisinin böyük hissəsində yağış, dağlıq ərazilərdə isə qar yağması gözlənilir. Bəzi yerlərdə yağıntılar güclü ola bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Agentliyin yaydığı məlumata əsasən, sahil bölgələrində küləyin güclənməsi və dənizdə 4-5 ballıq fırtına ehtimalı var.

“Ölkənin yüksək dağlıq ərazilərində qar uçqunlarının baş verməsi, təpəlik və dağlıq zonalarda isə torpaq sürüşməsi və sel təhlükəsinin yaranması mümkündür. Martın 17-də günün ikinci yarısından etibarən Qərbi Gürcüstanda, martın 19-20-də isə ölkənin böyük hissəsində yağış, dağlıq ərazilərdə isə bəzi yerlərdə güclü qar gözlənilir. Sahil bölgələrində küləyin güclənməsi və dənizdə 4-5 ballıq fırtına ehtimalı var.

Ölkənin dağlıq bölgələrində havanın temperaturunun yüksəlməsi nəticəsində qarın əriməsi və intensiv yağıntılar çaylarda suyun səviyyəsinin kəskin artmasına, daşqınlara, bəzi yerlərdə çay məcralarının daşmasına və yaxın ərazilərin subasmalarına səbəb ola bilər. Şərqi Gürcüstanda isə kiçik çaylarda güclü daşqınlar gözlənilir.

Yüksək dağlıq ərazilərdə qar uçqunlarının, təpəlik və dağlıq zonalarda isə torpaq sürüşməsi və sel təhlükəsinin yaranma ehtimalı yüksəkdir” – məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın